BİABIRÇILIQ! Şəhər meri azyaşlı ilə cinsi əlaqədə olarkən tutuldu – Pul verib azadlığa çıxdı (FOTO)

ABŞ- da Luiziana ştatının DeRidder şəhərinin meri qəfil istefa verdi və bir neçə gün sonra azyaşlı ilə cinsi əlaqədə şübhəli bilinərək həbs olundu.

Yerli.media xəbər verir ki, bu barədə KPLC məlumat yayıb.

İyulun 25-də 42 yaşlı Misti Roberts Klanton iki həftə işdən kənarda qalacağı barədə xəbərdarlıq edib və şəhərin yanğınsöndürmə rəisinin müavini təyin edib.

Ancaq cəmi iki gün sonra o, şəhər şurasına açıq məktub yazdı və orada vəzifəsindən istefa verdiyini bildirdi. O, 15 il DeRidder şəhərinin meri olub.

Klantonla bağlı araşdırma yerli şerif ofisinin əyalət polisinə müraciət etməsi ilə bağlı şikayətlərlə başladı. Avqustun 1-də keçmiş mer iki yeniyetmənin dindirilməsi əsasında həbs edilib. Luiziana polisi qadını onlardan birini zorlamaqda şübhəli bilir.

Həbsindən bir saat sonra Klanton 75 min dollar (127 min manat) məbləğində girov müqabilində sərbəst buraxılıb. Onun vəkili ictimaiyyətə təqsirsizlik prezumpsiyasını xatırladıb və tezliklə “bu xoşagəlməz vəziyyətin arxada qalacağına” ümid etdiyini bildirib.

Gülçin Sadə

Əlaqədar Məqalələr

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu