Tanınmış bloger iş adamı Emin Hüseynovla bağlı haqsız paylaşımını sildi (VİDEO)
Bloger Ümid Kərimbəyli “Quseynoff” MMC-nin sahibi, iş adamı Emin Hüseynov barəsində həqiqətə uyğun olmayan fikirilər səsləndirdiyi videonu silib.
32gun.az xəbər verir ki, bloger bu qərara Vətən Müharibəsi qaziləri və şəhid anaları ilə danışıb görüşdükdən sonra bu addımı atıb.
Belə ki, Emin Hüseynovun onlara etdiyi yardımlar, dəstəyi barədə blogerə məlumat verilib.
Bununla bağlı da sosial şəbəkədə video paylaşılıb.
Qeyd edək ki, Emin Hüseynov istər pandemiya dövründə, istərsə də Vətən Müharibəsində ölkənin çətin vəziyyətində dövlət başçısı cənab İlham Əliyevin çağırışı, ölkənin I vitse-Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başladılan yardım kampanyasına qoşulub, Xalqına, millətinə öz köməyini göstərib.
Bu yardım çərçivəsində şəhid ailələri və qaziləri də unutmayıb.