Türkiyə klubu Olimpiya çempionunu transfer edəcək
Türkiyənin qadınlardan ibarət “Vakıfbank” komandası İtaliya millisinin voleybolçusu Paola Eqonu yenidən transfer edəcək.
“yerli.media” xəbər verir ki, 26 yaşlı oyunçunun meneceri ilə danışıqlar davam edir. Hazırda ölkəsində “Vero Volley Milan”da çıxış edən voleybolçu sabiq klubuna geri dönməyə müsbət yanaşır.
Danışıqlar uğurla yekunlaşsa, P.Eqo yenidən Türkiyə çempionatında forma geyinəcək. O, daha əvvəl 2022-2023-cü illərdə “Vakıfbank”ın şərəfini qoruyub.
Qeyd edək ki, Paola Eqo İtaliya millisinin heyətində “Paris-2024” Yay Olimpiya Oyunlarının qalibi olub.