Azərbaycanda bu ailələrə 435 manat pul veriləcək – RƏSMİ AÇIQLANDI
Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12 olub.
Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb.
Himayədar ailələrə verilən uşaqlardan 3-ü oğlan, 9-u qızdır. Həmçinin 7-si 6 yaşadək olan, 4-ü 7-13 yaş arası, 1-i 14-18 yaş arası uşaqlardır.
Hazırda həmin uşaqların 3-ü Bakı şəhərindəki, 9-u rayonlardakı (Lənkəran-2, Cəlilabad-1, Ağcabədi-1, Biləsuvar-1, Zaqatala-1, Gəncə-1, Göyçay-1, Şamaxı – 1) ailələrdə yaşayırlar