Maraqlı
Elvin Cəfərquliyev Çempionlar Liqasının tarixinə düşdü

“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının tarixinə düşüb.
Metbuat.az xəbər verir ki, təcrübəli müdafiəçi UEFA Çempionlar Liqasının pley-off mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu kimi tarixə keçib.
E.Cəfərquliyev bu uğura “Qarabağ” – “Nyukasl” qarşılaşmasının 55-ci dəqiqəsində fərqlənməklə nail olub. Bununla da o, Azərbaycan futbolu adına mühüm rekorda imza atıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



