Maraqlı
Faktiki hava açıqlandı

Fevralın 20-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti yağıntılı və küləkli keçib.
Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib
Güclü şimal-qərb küləyi səhər saatlarından zəifləyib.
Düşən yağıntının miqdarı Naxçıvan, Şahbuz, Astara, Daşkəsən, Balakən, Qax (Sarıbaş), Xaçmaz, Zaqatala, Quba, Şahdağ, Sabirabadda 1 mm-dək qeydə alınıb.
Fevralın 19-da havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 18, Aran rayonlarında 25, dağlıq rayonlarda 15 dərəcəyədək isti müşahidə olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



