FTB-dən Miçiqandakı sinaqoqa edilən hücumla bağlı açıqlama

ABŞ-nin Federal Təhqiqatlar Bürosu Miçiqan ştatındakı “Temple Israel” sinaqoquna nəqliyyat vasitəsi və silahla təşkil edilən hücumla bağlı açıqlama yayıb.
Metbuat.az xəbər verir ki, açıqlamada hücumu təşkil edən şəxsin silahlı olduğu bildirilib. Məlumatda deyilir ki, avtomobillə təşkil edilən hücum zamanı nəqliyyat vasitəsi divara çırpılıb və yanğın baş verib. Təhlükəsizlik əməkdaşları müdaxilə edərək, hücumu təşkil edən şəxsi zərərsizləşdiriblər. Onun kimliyi müəyyən edilir. Hadisə zamanı dinc sakinlər arasında tələfatın olub-olmadığı barədə məlumat verilməyib.
Açıqlamada, ərazi təhlükəli olduğundan icma üzvlərindən hadisə yerindən uzaq durmaları tələb edilib. Məlumata görə, hadisədən sonra ərazidəki digər ibadət yerlərində təhlükəsizlik tədbirləri artırılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



