Bakıda 18 yaşlı gənc cinayətə qurban getdi: Dəhşətli cinayətin baş verdiyi yerdən görüntülər VİDEO
Bakının Balaxanı qəsəbəsində baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub.
Belə ki, 2006-cı il təvəllüdlü Rəşid Rüstəm oğlu İmanov anası və özündən iki yaş kiçik qardaşı ilə kirayədə yaşayırmış.
Sözügedən hadisə isə o, evdə tək olan zaman baş verib.
Qonşuların verdiyi məlumata görə, öldürülən şəxs əslən Salyan rayonundan olub. O, restoranların birində aşpaz vəzifəsində çalışırmış, lakin işdən yeni ayrıldığı bildirir.
Qeyd edək ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Rəhim İsmayıl oğlu Əsədov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.