Küveyt ABŞ-nin 3 təyyarəsini düşürdü

İrana qarşı hərbi əməliyyatlarda iştirak edən üç F-15 qırıcı təyyarəsi səhvən Küveyt qırıcısı tərəfindən hədəfə alınıb.
Metbuat.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb. Qəzetə danışan ABŞ rəsmisi bildirib ki, Küveytə məxsus F/A-18 təyyarəsinin pilotu ABŞ təyyarəsinə üç raket atıb və nəticədə hər üç təyyarə qəzaya uğrayıb. Lakin pilotlar və qırıcıda olan digər personallar təhlükəsiz şəkildə katapult ediblər.
Məlumata görə, hadisə İranın pilotsuz təyyarəsinin Küveytin hava məkanını pozaraq ticarət limanındakı taktiki əməliyyat mərkəzinə hücum etməsindən sonra baş verib. Həmin hücumda altı ABŞ əsgəri həlak olub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



