Natiq əsir düşəndə niyə idman paltarında idi?
“Nənəm necədir”, – deyə halını isə bizdən soruşurdu.
– Qarabağda hansı bölgələrdə döyüşüb?
– O, döyüşlərdə “Qarabağ şahinləri” dəstəsində olub. İndi Pirlər kəndi adlandırılan kənd, eləcə də Xanabad kəndi, Əsgəran, Ağdam uğrunda gedən döyüşlərdə iştirak edib. Xüsusilə Ağdam və Xocalı ərazisində vuruşub.
– Son görüşünüz nə vaxt olub?
– Axrıncı dəfə 1992-ci ilin 27 fevralında görüşmüşük. Heç nə danışa da bilmədik. Gəldi, üst-başı tozun-torpağın içində, çox yorğun idi, ağzı üstə düşüb yatdı. O vaxt bütün əsgərlər qanqalın içində yatırdı. Hərbi geyimi belə yox idi. Müharibəyə də ayağında rezin çəkmə, əynində atamın idman geyimi ilə yollanmışdı. Əsir düşəndə fotosu çəkilib, həmin idman formasıdır. O idman geyimini mən Rusiyada yaşadığım vaxt atam yanıma qonaq gələndə ona hədiyyə kimi almışdım. Natiq birinci dəfə döyüşlərdən qayıdanda atamın idman geyimini istədi. Dedi, oralarda hava soyuqdur. Yanvar-fevral ayları idi. Qarabağ da dağlıq ərazi olduğu üçün qış ümumiyyətə sərt keçirdi. Az müddət sonra da əsir düşdü…