Naxçıvan Hava Limanında xəsarət alanların sayı açıqlandı

İran İslam Respublikası ərazisindən həyata keçirilən dron hücumları nəticəsində Naxçıvan Hava Limanında 4 nəfər xəsarət alıb.
Metbuat.az Apa-ya istinadən xəbər verir ki, xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi yardım şöbəsinə yerləşdirilib.
Xəstəxananın Təcili yardım şöbəsinin müdiri Sahib Abuzərov bildirib ki, dron hücumu nəticəsində xəsarət alan 2 nəfərə braotravma, 2 nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub.
Onların vəziyyəti stabil qiymətləndirilir, müvafiq şöbələrə yerləşdiriliblər.
Qeyd edək ki, İran Naxçıvana dronla zərbələr endirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



