Netanyahu İranla mümkün razılaşmanın şərtlərini açıqladı

İsrailin Baş naziri Benjamin Netanyahu İranla mümkün razılaşmanın şərtlərini açıqlayıb.
Metbuat.az xəbər verir ki, Netanyahu bildirib ki, İranla əldə olunacaq hər hansı saziş yalnız İsrailin deyil, həm də Amerika Birləşmiş Ştatları, region və ümumilikdə dünyanın təhlükəsizliyini təmin etməlidir.
Onun sözlərinə görə, mümkün razılaşma bir neçə əsas komponentdən ibarət olmalıdır:
Birinci şərt – zənginləşdirilmiş bütün nüvə materiallarının İran ərazisindən çıxarılmasıdır.
İkinci şərt – uranın zənginləşdirilməsi imkanlarının tamamilə aradan qaldırılması, yəni bu prosesi mümkün edən avadanlıqların və infrastrukturun sökülməsidir.
Üçüncü məsələ – ballistik raket proqramıdır. Netanyahu qeyd edib ki, İran 300 kilometrlik məhdudiyyəti nəzərdə tutan Missile Technology Control Regime (MTCR) qaydalarına əməl etməlidir, lakin hazırda buna riayət olunmur.
Dördüncü şərt isə İranın regionda formalaşdırdığı və “terror oxu” kimi xarakterizə olunan şəbəkənin tamamilə ləğv edilməsidir.
Netanyahu əlavə edib ki, bu şəbəkə zəiflədilsə də, hələ də mövcuddur və yenidən güclənməyə çalışır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



