Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin “1 milyon 800 min manat” Tenderləri…

Şəmkir Rayon Su Melorasiya Sistemləri İstismarı İdarəsində, maliyyə pozuntusu və işə gəlməyən işçilərdə mövcuddur.
İddia olunan odur ki, Şəmkir su melorasiya sistemləri istismarı idarəsində müavin Rəşad Orucov ailə üzvləri Orucov Azər, Orucov Arif adlı şəxslərin adlarını idarədə müxtəlif tam ştat vahidinə yazadıraraq Kapitalbank kartlarından özü istifadə edir.
Sözü gedən müavinin qaynatası Aslanov Məhərrəm, Aslanov Azər, Dayıları Şahin və Mətləb adlı şəxslərində kapitalbank kartları Şəmkir Su Melorasiya sistemləri istismarı idarəsinin rəisi Alim Abbasov tərəfindən idarə olunur. Adları yazılan şəxslərin heç biri işə gəlmədikləri halda tam ştat vahidilə maaş yazılaraq su melorasiya sistemləri istismarı idarəsinin rəisi və müavini tərəfindən mənimsənilir.
Şəmkir Su Melorasiya Sistemləri İstismarı İdarəsi 2025-2026 cı illər ərzində bir milyon səkkiz yüz min manatlıq tender (maliyyəsi) əldə edərək guya ki, Subartezian quyularının nasos aqreqatları üçün ehtiyyat hissələri, nasos təmiri, Su Tikinti-Tamirinə və s.işlərə tender elan edərək maliyyə əldə edib və bunun qarşılığında külli miqdarda Dövlət Maliyyəsindən pul əldə edibdir.
Axı bu inanılmaz rəqəmdir ki, bu qədər Şəmkir Su Melorasiya Sistemləri İstismarı İdarəsinin böyük məbləğdə nasos təmirinə, subartezian quyularının nasos aqreqatları üçün ehtiyat hissələrinə ehtiyacı olsun.
Hər il eyni ad altında müxtəlif kəndlərə, küçələrə və rayonun müxtəlif yerlərində olan subartezian quyuların təmirinə tender elan edərək maliyyə ayrılsın, təmirə ehtiyac olsun.
2025 – 2026 cı illərin Tenderlərini təqdim edirik…
SƏMKİR SU MELİORASİYA SİSTEMLƏRİNİN İSTiSMARI İDARƏSi
“ART-PROJE” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
Subartezian quyularının nasos aqreqatları üçün ehtiyyat hissələrinin satınalınması (cari təmir)
Məbləğ: 97.220,48 AZN
SƏMKİR SU MELİORASİYA SİSTEMLƏRİNİN İSTİSMARI İDARƏSi
‘SAFARI” Məhdud Məsuliyyəti Cemiyyəti
Qaracəmirli L nasos stansiyasının əsaslı təmir işlərinin satin alınması
Məbləğ: 138.258,52 AZN
ŞƏMKİR SU MELİORASIYA SİSTEMLƏRİNİN İSTİSMARI İDARƏSİ
“MÜASİR ELEKTRON” Məhdud Məsuliyyətli Cəmiyyəti
İdarə binasında informasiya texnologiyaları üçün sisteminin yenilənməsi xidmətinin satın alınması
Məbləg: 15.550,04 AZN
AZƏRBAYCAN MELiORASİYA VƏ SU TƏSƏRRÜFATI AÇIQ SƏHMDAR CƏMiYYƏTİ ŞƏMKİRÇAY SU ANBARI və MAGİSTRAL KANALLARIN İSTİSMARI İDARƏSİ
“Su Tikinti-Tamir” MMC
Bir mənbə
Məbləğ: 1.200.000 AZN
AZƏRBAYCAN MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI AÇIQ SƏHMDAR CƏMİYYƏTi ŞƏMKİRÇAY SU ANBARI VƏ MAGİSTRAL KANALLARIN İSTİSMARI İDARƏS
“İnter-Construction and Engineering” MMC
Səmkicay MKii idarəsində 1-ci pillə və MKii 2- ci pill nasos stansiyasında 1 saylı nasos aqreqatları olmaqla 2 ədəd 1200 V-6.3/63 markalı nasos aqreqatlarının VDS markalı mühərriklərlə birlikdə əsaslı təmiri
Məbləğ: 300.000 AZN
AZƏRBAYCAN MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI AÇIQ SƏHMDAR CƏMİYYƏTİ ŞƏMKİRÇAY SU ANBARI VƏ MAGİSTRAL KANALLARIN İSTİSMARI İDARƏSİ
“ESTET” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
Nasos stansiyalarında hidromexaniki və elektrotexniki avadanlıqlar üçün mal-material və ehtiyyat hissələrinin satın alınması
Məbləğ: 88.006,1 AZN
ŞƏMKİR SU MELİORASİYA SİSTEMLƏRİNİN İSTİSMARI İDARƏSİ
“İNFORA” Məhdud Məsuliyyətli Cəmiyyəti
Tikinti materialların satın alınması
Məbləğ: 8.627 AZN
ŞƏMKİR SU MELİORASİYA SİSTEMLƏRİNİN iSTİSMARI İDARƏSi
“İNFORA” Mehdud Məsuliyyəti Cəmiyyəti
Tikinti materialların satın alınması
Məbləğ: 8.627 AZN
Müəllif:Azər












