Səhər halsızlığının səbəbi bu ola bilər

Bəzi insanlar gecə kifayət qədər, yəni 7–8 saat yatsalar da, səhər oyandıqda özlərini yenə də yorğun və halsız hiss edirlər. Ancaq bu vəziyyət hər zaman tənbəllik və ya depressiya ilə bağlı olmur.
Metbuat.az xəbər verir ki, bunun səbəbi “kortizol oyanma reaksiyası” (Cortisol Awakening Response) adlandırılan prosesin pozulması ola bilər.
Belə ki, normalda insan oyandıqdan sonra kortizol hormonu müəyyən qədər yüksəlir və orqanizmi günə hazırlayır. Lakin uzun müddət davam edən xroniki stress və gərginlik sinir sisteminin bu prosesi fərqli şəkildə qəbul etməsinə səbəb ola bilər. Belə hallarda bədən səhər oyanışını adi gündəlik proses kimi deyil, sanki yaxınlaşan təhlükəyə qarşı hazırlıq siqnalı kimi qəbul edir. Bunun nəticəsində insan oyandıqdan sonra sinəsində ağırlıq hiss edə, bədənində halsızlıq və səbəbsiz yorğunluq yarana bilər. Bu vəziyyət bəzi hallarda “donma reaksiyası” (freeze response) kimi izah olunur. Yəni orqanizm yığılan enerjini sərf edə bilmədiyi üçün bədən sanki müdafiə vəziyyətinə keçir.
Psixoloqlar bildirirlər ki, belə vəziyyət yaşayan insanların özlərini günahlandırması doğru deyil. Çünki bu vəziyyət uzunmüddətli stressin sinir sisteminə təsirinin nəticəsi ola bilər. Mütəxəssislərin sözlərinə görə, səhər oyanan kimi ilk olaraq telefona baxmaq əvəzinə bir neçə dəqiqə gün işığına baxmaq daha faydalıdır. Gün işığı orqanizmin bioloji ritmini tənzimləməyə və kortizol səviyyəsinin normal şəkildə yüksəlməsinə kömək edir. Bundan əlavə, səhər saatlarında qısa gəzinti etmək, dərin nəfəs məşqləri və yüngül fiziki hərəkətlər də sinir sisteminə hər şey qaydasındadır” mesajı verərək bədəni gümrahlaşdırır.
Sevinc İbrahimzadə / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



