Sevgilisi qanından kokain çıxan Şeymanı atdı

Sosial media fenomeni Şeyma Subaşı braziliyalı sevgilisindən ayrılıb.
Metbuat.az xəbər verir ki, bu iddia ilə Türkiyə mediası çıxış edib.
Yerli KİV-in yazdığına görə, Şeyma Subaşının kokain istifadəçisi olduğu təsdiqlənəndən sonra model sevgilisi Marlon Terixeria onunla əlaqəni kəsib. Belə ki, Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı başlayandan sonra braziliyalı model Şeymanın arxasınca gəlməyib, hətta zəng edərək ona dəstək olmayıb. Bundan sonra cütlük yollarını ayırmağa qərar verib.
Qeyd edək ki, Türkiyənin məşhur iş adamı Acun İlıcalının keçmiş həyat yoldaşı olan Şeyma Subaşının narkotik testinin cavabı müsbət çıxdıqdan sonra məhkəmə onun ölkəni tərk etməsinə qadağa qoyub. Bundan sonra Şeyma tövbə edərək pis vərdişlərdən əl çəkdiyini açıqlayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



