“Kişi özünə bəzək verməz” – Mehman Əhmədli
“Əgər insanın bir yerində nöqsan varsa, qulağı böyükdürsə, balacalaşdıra bilər, çənəsi uzundursa, kiçildə bilər. Amma kişi özünə bəzək verməz”.
Bu sözləri meyxanaçı Mehman Əhmədli “Həmin Zaur” verilişində deyib. O, yaxşı görünüş üçün estetikdən istifadəni düzgün hesab etmədiyini bildirib:
“Getsin üzünü şişirtsin, burnunu düzəltdirsin, bu olmaz. Saçı kəçəldirsə, tük əkdirmək normaldır. Mən ağarmış saçlarımı da qaraltmaram. Kim edərsə, özü bilər”.