Mənim çox gözəl səsim, vücudum və görüntüm var – Mən başqa kişilərlə yatan qadın olmamışam
“Azərbaycan televiziyalarının indiki dövrü ən yaxşı dövrdür. Amma zamanında özbaşnalıq vardı. Həm pul keçirdi həm də “bədən” keçirdi. O, “bədən” keçən dövrdə 18 il mənə də qadağa qoyulub. Onlar məndən “bədən” istəyirdilər. Televiziyalarda müğənnilərlə çox sərbəst davranışlar olurdu”.
Bu sözləri müğənni Roza Zərgərli qonaq olduğu “Həftənin qonağı” verilişində deyib.
Televiziya qadağasının 2018-ci ildə aradan qaldırıldığını dilə gətirən sənətçi bildirib ki, izləyicilər onu televiziya səhəsində gördüyü işlərə görə yox, geyiminə və bədən quruluşuna görə qiymət veriblər:
“İndi çoxları deyir ki, Roza Zərgərlinin sənəti və səsi yoxdur. Düz deyirsiniz! Çünki zamanında “podstilka”( ona fayda verən kişilərlə yatan qadın – red.) olmamışam ki, siz məni televiziyada vaxtında tanıyasınız. Siz Rozanı “Maşın” şounun vaxtından tanıdınız. Siz onu tanıdınız “Bakı vaxtı ilə…” verilişinin dövründən. Sonra da etdiyi xeyirxah işlərlə…
Mənim 18 illik televiziya qadağam, bu isə 2018-ci ilə təsadüf edir, həqiqətən də, sənətə dəyər və qiymət verən əsl televiziya insanları qaldırdı. Mənim çox gözəl səsim, vücudum və görüntüm var. Pop estrada müğənnisiyəm və buna görə də istədiyim tərzdə geyinirəm və öz sənətimi təbliğ edirəm. Niyə elə siz, “siçovul” kimi yazanlar… Haqqımda yazırsınız ki, “Qoca nənədir niyə soyunub?” Mən kombinizon geyinəndə izləyicilər yazıllar ki, “Roza soyundu”. Halbuki, mən geyimliyəm. Mən həcmli, hündür, iri və “şaqqallı” qadınam. Ona görə də hamının gözünə girirəm”.