Oğlu cinsini dəyişdi, səsi batdı, həyat yoldaşı ondan ayrıldı – Yetim Eyvazın yetim həyatı
Yetim Eyvaz təxəllüsü ilə tanınan şair Eyvaz Qurbanov haqqında maraqlı faktları təqdim ediik.
Eyvaz Qurbanov 26 fevral, 1952-ci ildə doğulub. Bütün mənbələrdə onun Siyəzəndə doğulduğu deyilsə də, 2012-ci ildə verdiyi müsahibədə o, indiki Şabran, keçmiş Dəvəçi rayonunda anadan olduğunu deyib.
***
Onun 40 yaşının tamam olduğu gün Xocalı faciəsi baş verir və Eyvazın 40 yaşından sonrakı bütün doğum günləri faciəyə təsadüf etdiyindən həmin gün doğum gününü qeyd etmir.
***
Eyvaz Qurbanov həmçinin Xocalıda şəhid olan Əlif Hacıyevin hərbi xidmət yoldaşı olub.
O, 1958-ci ildə Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 nömrəli məktəbin ilk sinfinə daxil olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Uzun illər toylarda müğənnilik fəaliyyəti ilə məşğul olub. Əməliyyat olunduqdan sonra səsi batıb. Ardınca 21 il avtobus sürücüsü işləyib. 14 yaşından şeir yazmağa başlayan Eyvaz Yetim təxəllüsünü sürücü işlədiyi zamanlarda qazanıb. Özü barədə tez-tez “yetim uşağam” deyən Eyvaz qarajdakı digər sürücülər tərəfindən yetim adlandırılıb.
***
O, dostu Şirəlinin telefonunda Azərbaycana yayılan “Yaz yağışı” şeiri ilə məşhurlaşıb.