Şairin adı ilə adam olub, efirlərdə kəkələyə-kəkələyə…” – Şəbnəmə SƏRT SÖZLƏR – FOTOLAR
Mərhum şair İlyas Tapdıq və həyat yoldaşının Badamdar qəbiristanlığındakı məzarının şəkilləri yayılıb.
Qlobal.net Modern.az-a istinadən xəbər verir ki, görüntülərdən şairin və həyat yoldaşının məzarının baxımsız vəziyyətdə olduğu diqqət çəkir.
Qeyd edək ki, fotoşəkilləri keçmiş deputat Etibar Hüseynov ictimailəşdirib. O, İlyas Tapdıqın qızı, Əməkdar artist, tanınmış müğənni Şəbnəm Tapdığı buna görə qınayıb.
“Şair İlyas Tapdıq və həyat yoldaşının baxımsız məzarı. Şairin adı ilə adam olub ortaya çıxan qızı da bütün günü efirlərdə kəkələyə-kəkələyə əxlaqdan-tərbiyədən danışır”, – deyə E.Hüseynov bildirib.
Xatırladaq ki, İlyas Tapdıq 25 dekabr 2016-cı ildə Bakıdakı evində vəfat etmişdi. OnuBadamdar qəbirstanlığında, həyat yoldaşının yanında torpağa tapşırıblar.