Xoşqədəmin atmacası Rəqsanəni özündən çıxardı: “Ərin də var, sevgilin də, kişinin adın niyə batırırsan?”
Müğənni Rəqsanə ilə aparıcı Xoşqədəm Hidayətqızının sözü çəpləşib”.
Rəqsanə aparıcının “Moskvada yarım saatlıq toya gedən müğənnilərlə aran necədir” sualını belə cavablandırıb: “Heç kəslə pis münasibətim yoxdur, hamısı gəlib ruzisini, çörəyini qazanıb gedir”.
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Həmin verilişdə iştirak edən aparıcı Xoşqədəm Hidayətqızı isə “Hanı, qoydun ki qazansınlar, Moskvaya gedənlərin dalınca dedin, özünüzü yığışdırın, yoxsa ad çəkəcəm”, – deyə qarşı tərəfə atmaca atıb.
Onun bu sözləri Rəqsanəni özündən çıxarıb: “Düz deyirəm də, həyat yoldaşın ola-ola o hərəkəti etməməlisən. Ərli qadın səhv etməməlidir. Ərini istəmirsən, boşan. Buna görə dedim, özünüzü yığışdırın, o kişiyə hörmət qoyub, adını açıqlamıram, yoxsa adını deyərəm.
Musiqiçilərin hamısı bilir, onun əri də var, sevgilisi də. Ya ərin olsun, ya da sevgilin, o yazıq kişinin adını niyə batırırsan? Mən o kişidə günah da görmürəm, nə xəbəri var, fikirləşir ki, həyat yoldaşım müğənnidir, toya gedib. Bilmir axı toyda hansı hərəkətləri edir. Özüm öz gözümlə görmüşəm”. (yenicag.az