Xəyyam ilk dəfə həyat yoldaşından danışdı – O, elə sözlər dedi ki … ŞOK! FOTOLAR

BiG.AZ müğənni Xəyyam Nisanovun toyu barədə xəbər vermişdi. Müğənni toyu barədə yerli saytlarda gedən xəbərlərlə bağlı ilk dəfə danışdı.
O, saytlarda həyat yoldaşı haqda yazılan xəbərləri təkzib etdi:
“Çox təəssüf edirəm ki, məndən icazə almamış, şəxsi həyatımı gündəm ediblər. Mənim həyat yoldaşım heç vaxt model kimi fəaliyyət göstərməyib. Yayılan videonu isə onun makiyaj olunduğu salondan yayıblar. Sadəcə olaraq vizajist ondan buna icazə verməsini istəyib. O da icazə verib”

Müğənni xanımının manikür işləməsi haqda da danışıb:
“Burada da yalnış məlumat var. O, heç bir gözəllik salonunda işləməyib. Yalnız evində çalışıb”.

Bundan sonra Xəyyam Nisanov daha bir mövzuya aydınlıq gətirib:
“Yoldaşımın yaşı 19 deyil, mənim isə 33 yaşım var hələ. Ümumiyyətlə isə bütün media əhlindən xahiş edirəm. Mənim sənətim, yaradıcılığım haqda yazsınlar, ailəmdən deyil”.

Əlaqədar Məqalələr

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu