Tərtər Rayon İcra Hakimiyyəti rayonu abadlaşdırır – 2 milyon manata

Tərtər rayon İcra Hakimiyyəti 2025 ci il ərzində müxtəlif tenderlərun maliyyəsini əldə edərək rayonda, təmir tikinti işlərinə, yolların abadlaşmasına, yaşıllaşdırma işlərinə, kənd küçələrinin işıqlandırmasına və s. İşlərə 2 milyon manata yaxın maliyyə xərcləyibdir. Rayonda o işlərin görülməsi qisməndi, halbuki 2025 ci il ərzində bu işlər tamamlanmalı idi, lakin nədənsə işlərin tamamlanması gecikir.
Tərtər rayonundan son zamanlar qazilər, vətəndaşlar çoxsaylı sosial şəbəkələrdə şikayət yönümlü çıxışlara rast gəlirik.
2014 cü ildə Tərtər rayon İcra Hakimiyyətinin Başçısı postuna gətirilən Məmmədov Müstəqim özünü bu posta çox rahat hiss edir. Hələ onunla adı qalmaqalda hallanan Elvin Umudov Birinci müavin kimi özünü doğrutması rayonda görünmür. Hər iki şəxsin haqqında Tərtər rayonunda narazılıq pik həddədir. Buna baxmayaraq Dövlət qurumları susur. Son vaxtlar İcra Hakimiyyətlərinin iş prinsipləri nəzarətə götürülməsinə baxmayaraq, Tərtər rayon İcra Hakimiyyətində bir rahatlıq var ki, onlar, yəni ki, yazıda adları çəkilən şəxslər özlərini çox rahat hiss edirlər.
Xatırladaq ki, 2023 cü ilin avqust ayının birində, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri – baş memar Tofiq Ənvər oğlu Kərimov tutulub. Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən həmin il daxil olmaqla 5 il ərzində keçirilən tenderlərə aid sənədlər götürülüb.
Bu Tenderlərin aqibəti hələlik məlum deyil.
Tərtər rayon İcra Hakimiyyətinin 2 milyonluq tenderi…
TƏRTƏR RAYON iCRA HAKİMİYYƏTi BAŞÇISININ TƏRTƏR ŞƏHƏRi ÜZRƏ NÜMAYƏNDƏSİ
“KONEKS CONSTRUCTiON” Məhdud Məsuliyyətli Cəmiyyəti
Təmir işlərinin satınalması
Məbləğ:1.251.377,52 AZN
TƏRTƏR RAYON iCRA HAKİMİYYƏTİ BAŞÇISININ TƏRTƏR ŞƏHƏRi ÜZRƏ NÜMAYƏNDƏSi
“KONEKS CONSTRUCTiON” Məhdud Məsuliyyətli Cəmiyyəti
Tərtər şəhəri,bayraq meydanı və Bərdə- Ağdam maqistral yolunda abadlıq işlərif yaşıllaşdırma işləri) satınalması
Məbləğ:131.391,82 AZN
TƏRTƏR RAYON ICRA HAKİMİYYƏTi
“KONEKS CONSTRUCTiON” Məhclud Məsuliyyətli Cəmiyyəti
2025-ci ildə yollarda aparılacaq təmir işlərinin satın alınması
Məbləğ:455.359,46 AZN
TƏRTƏR RAYON iCRA HAKİMİYYƏTi BAŞÇISININ TƏRTƏR ŞƏHƏRi ÜZRƏ NÜMAYƏNDƏSi
“Amper” MMC
Tərtər şəhərinin küçələrində işıqlanma işlərinin görülməsi üçün mal-materialların alınması (müsabiqə N9-109909)
Məbləğ:13.629 AZN
TƏRTƏR RAYON iCRA HAKiMiYYƏTi BAŞÇISININ TƏRTƏR ŞƏHƏRi ÜZRƏ NÜMAYƏNDƏSi
“HUSEYNLI PARTNERS ARCHITECTURE AND CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyəti
Zibil konteynerlərinin satınalınması
Məbləğ:28.384,9 AZN
TƏRTƏR RAYON iCRA HAKİMİYYƏTi
“Azərişıq” AÇiq Səhmdar Cəmiyyəti
Elektrik enerjisinin satın alıinması (kənd küçələrinin işıqlandırılması üzrə)
Məblağ:45.000 AZN
TƏRTƏR RAYON iCRA HAKİMİYYƏTi BAŞÇISININ TƏRTƏR ŞƏHƏRİ ÜZRƏ NÜMAYƏNDƏSİ
“RƏZ” MMC
Kommunal Təsərrüfatı idarəsinin maşınları üçün ehtiyat hissələrinin və təsərrüfat alətlərinin satınalınması
Məbləg:22.984,05 AZN
Ardı var…










