UEFA “Qarabağ”ı cəzalandırdı – SƏBƏB

UEFA “Qarabağ” klubunu cəzalandırıb.
Metbuat.az xəbər verir ki, qərar Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda Bakıda Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirilən (3:2) oyunda səsləndirilən şüarlara görə UEFA-nın İntizam Komitəsi tərəfindən qəbul olunub.
Qərara əsasən, Ağdam təmsilçisi “idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi” və “ümumilikdə futbolun və xüsusilə UEFA-nın nüfuzuna zərər vurulması” səbəbilə 17 500 avro məbləğində cərimə olunub. Qərarda söhbətin konkret nədən getdiyi açıqlanmayıb.
QOL.az-ın əldə etdiyi xəbərə görə isə cəzaya səbəb azarkeşlərin “UEFA – mafiya” şüarı səsləndirməsi olub.
Bundan əlavə, təşkilatın məlumatına görə, klub bilet nəzarəti qaydalarını da pozub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



