Maraqlı

Volkan Demirel “Qarabağ” oyunu ilə bağlı proqnoz verdi

Türkiyə yığmasının və “Fənərbağça” klubunun sabiq qolkiperi Volkan Demirel UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” və İngiltərənin “Nyukasl Yunayted” komandaları arasındakı matç haqqında fikirlərini bölüşüb.

Metbuat.az xəbər verir ki, tanınmış mütəxəssis AZƏRTAC-a verdiyi müsahibədə sözügedən görüşün gərgin mübarizə şəraitində və çətin keçəcəyini vurğulayıb.

Onun qənaətinə görə, Ağdam təmsilçisi bu dəfə də azarkeşlərini maraqlı oyunla sevindirəcək:

“İngiltərə klublarının səviyyəsi hər kəsə bəllidir. Onlara qarşı mübarizə aparmaq heç də asan deyil. Ümidvaram ki, “Qarabağ” “Nyukasl Yunayted” üzərində qələbə qazanmağa nail olar”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button