Ərin xəyanətini “Apple” ortaya çıxartdı

Məşhur texnologiya şirkəti Apple tez-tez təhlükəsizlik problemləri ilə gündəmə gəlir.

Milli.Az news24.az-a istinadən xəbər verir ki, ən son iOS 17.5 buraxıldıqdan sonra sosial mediada bir çox istifadəçi silinmiş fotoşəkillərin bərpa olunduğunu iddia edib.

Bu dəfə həyat yoldaşına xəyanət edən kişi sildiyi mesajların geri qayıtdığını bildirib. Həyat yoldaşına xəyanət edən kişinin sildiyi mesajların başqa cihazda tapılmasından sonra xəyanətinin üstü açılıb.

Adı açıqlanmayan kişi, Apple-ın silinən mesajlarla bağlı şəffaflıq təmin etmədiyini və həyat yoldaşının mesajları görməsəydi, yenə də evli olacaqlarını bildirib. Bu səbədən o, Apple-ı məhkəməyə verəcəyini açıqlayıb.

“The Times” qəzetinə danışan kişi evliliyinin son illərində başqa qadınlarla virtual əlaqədə olduğunu və iMessage tətbiqi ilə yazışdığını bildirib. Hər yazışmadan sonra mesajları sildiyini deyən kişi həyat yoldaşının mesajları iMac kompüterində gördüyünü bildirib.

5 MİLYON AVRO KOMPENASİYA

Boşanma prosesinin çox çətin olduğunu bildirən kişi, “Bir mesaj silinirsə, hər yerdən silinməlidir. Boşanma çox stresli bir prosesdir və bütün ailənin tarazlığını pozur” deyib.

Vəkillərlə işləməyə başlayan şəxs Apple-dan 5 milyon funt sterlinq istədiyini bildirib.

Britaniyalı iddia edir ki, Apple başqa bir iPhone istifadəçisinə göndərilən iMessages telefonda silinsə belə, digər bağlı Apple cihazlarında görünə biləcəyini açıq şəkildə bildirməyib.

Əlaqədar Məqalələr

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu