TƏCİLİ MƏLUMAT YAYILDI: Cəbhədəki Gərgin vəziyyətlə əlaqədar bu rayona giriş bağlanacaq
Gərgin vəziyyətlə əlaqədar Belqorod vilayətinin Krasnoyaruzski rayonuna giriş bağlanacaq.
32gun.az bildirir ki, bu barədə Rusiya vilayətinin rayon rəhbəri Andrey Miskov Telegram kanalında məlumat verib.
“Bu, vətəndaşlarımızın həyatını və sağlamlığını qorumaq üçün zəruri olan məcburi müvəqqəti tədbirdir”, – Miskov vurğulayıb.
O, əraziyə daxil ola bilməyənlərin evlərində qalan ev heyvanlarına da qulluq edəcəyinə söz verib: “Onlara özünümüdafiəçilər baxacaq”.
“Bizim özünümüdafiəçilərimiz həmçinin məskunlaşan ərazilərdə asayişi qoruyur və Krasnoyaruc sakinlərinin əmlakının təhlükəsizliyinə nəzarət edir”, – Aleksey Miskov əlavə edib.
Bundan əvvəl Kursk vilayətinin Belovski rayonunda səlahiyyətlilər insanları təxliyə etməyə başlayıb . Avqustun 12-nə isə rayonun sərhədyanı yaşayış məntəqələrindən ümumilikdə 121 min nəfər təxliyə edilib