Oteldə dəhşətli hadisə: Polis arvadınının sevgilisini güllələyib, intihar etdi

ABŞ-ın Nyu-York şəhəri ağlasığmaz qətl hadisəsi ilə gündəmdədir.

Aldadıldığını öyrənən polis məmurunun hərəkətləri ilə bağlı mətbuata sızan təfərrüatlar adamı şoka salır.

Nyu-York Polis Departamentində xidmət edən 36 yaşlı Şon Armstead və həyat yoldaşı Aleksandra Vanderheyden (35 yaş) 9 ilə yaxındır ki, evli idilər və cütlüyün evliliyi çətin dövrdən keçirdi.

Gizli sevişməyin sonu QANLA BİTDİ: Aldadıldığını öyrənən  polis güllə yağdırdı

İş günü olmasına baxmayaraq xəstə olduğunu iddia edən Armstead icazə alıb və həyat yoldaşını təqib etməyə qərar verib.

Armstead və Vanderheyden bir müddətdir öz həyətlərində it üçün sığınacaq qurmuşdular və Vanderheyden itləri gəzdirmək üçün evlərinin yaxınlığında yaşayan gəncləri işə götürmüşdü. Edvard Uilkins də onun işçisi idi.

Arvadının onu 20 yaşlı Edvard Uilkinslə aldatdığından şübhələnən Armstead cütlüyün arxasınca düşüb. Alexandra Vanderheyden və sevgilisi Edvard Uilkins maşınla görüşəcəkləri otelə gedib və gənc qadın ərinin onu izlədiyindən şübhələndikdən sonra maşınını gözlərdən uzaq yerdə saxlayıb. Cütlük bir müddət oteldə qaldıqdan sonra şam yeməyinə çıxıb. Cütlük otelə qayıdarkən qəzəbli ər onlarla qarşılaşıb və cütlük qaçmağa başlayıb.

Polis məmuru Sean Armstead arvadı və sevgilisi maşına minərək qaçdıqdan sonra onları təqib edib. Magistral yolda təhlükəli təqibdən sonra o, istirahət obyektinin bağçasında Edvard Uilkinsin avtomobilinə çırparaq onları saxlayıb. Obyektin yaxınlığındakı oteldə şahidlər deyiblər ki, onlar qəza səsi eşidiblər və sonra Armstead olduğunu düşündükləri kişinin bir adamı qovduğunu görüblər. Şahidlərin dediyinə görə, təqibdən sonra təkrar atəş səsləri eşidilib, daha sonra bir nəfər yerə yıxılıb.

Hadisə şahidlərindən Cennifer həmin dəhşətli anı bu sözlərlə izah edib: “Səkkiz güllə səsi eşitdim. Polis ölənə qədər ona dəfələrlə atəş açdı. Adamı öldürdükdən sonra özünə atəş açıb və yerdəki meyitin üzərinə yıxılıb. Hər iki şəxs qan gölünün ortasında hərəkətsiz vəziyyətdə uzanıb. Dəhşətli bir an idi”.

Aleksandra Vanderheyden hadisədən sağ-salamat xilas olub. Hadisə şahidləri bildirirlər ki, qadın cəsədləri görəndən sonra şoka düşüb və uzun müddət ağlayıb.

Lent.az

Əlaqədar Məqalələr

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu