Məşhur dilotu barədə maraqlı faktlar – Belə yaranıb
Çox danışan adamlar haqqında “elə bil dilotu yeyib” ifadəsi işlədilir. Bəs bu dilotu hansı otdur, onu niyə yeyirlər? Yenə xatırlatmaq istərdik ki, hər el deyiminin arxasında mütləq bir maraqlı bilgi və fakt yatır.
Lent.az “Belə yaranıb” rubrikasında məşhur dilotu barəsində məlumat verir.
Dilotu deyilən həmin bitkinin adı əslində bəngotudur. Bu zəhərli bitkini yeyən heyvan və insanların şüurunda qəribə bulanıqlıq və aktivləşmə müşahidə olunur. Çünki bitkinin tərkibində güclü uyuşdurucu və alkaloid var.
Bəngotu yeyən adam dayanmadan gülür və danışır. Bu otla “zəhərlənmiş” heyvan isə ora-bura qaçır, yerində dinc dura bilmir.
Hər zonada müxtəlif adlar qazanan bəngotunun böyük ehtimalla adı unudulduğuna görə elə sadəcə dilotu adı ilə yaddaşlara köçüb.