Tut qurusu bu xəstəliklərin çarəsi imiş
Tut faydalı olduğu kimi, tutun qurusu da bir çox xəstəliklərə qarşı effektiv təsirə malikdir.
News24.az Metbuat.az-a istinadən xəbər verir ki, tut qurusunun faydaları bunlardır:
– Ağ tutun qurusu ürək xəstəlikləri riskini azaldır. Tərkibindəki bioaktiv birləşmələr nəticəsində qaraciyər xəstəliklərinin də qarşısının alınmasında effektivdir
– Tut qurusu potensial xərçəng riskini azaltmağa kömək edə bilər. Çin tibbində də tut xərçəng önləmə və müalicəsində əhəmiyyətli rola malikdir
– İnfarkt riskini azaldır
– Tərkibindəki flavanoid birləşmələr yaş ötdükcə ortaya çıxan göz xəstəliklərinə qarşı faydalıdır
– Beyinin sağlamlığını dəstəkləyir, zehni yaxşılaşdırır
– Həzm prosesinin yaxşı getməsinə yardım edir.