Yumruğunuzu 90 saniyə sıxın… Səbəbi öyrənən kimi bunu hər gün edəcəksiniz-Nəticəsi inanılmaz
SaqlamHeyat.az xarici mətbuata istinadən xəbər verir ki, Amerikalı psixoloqlar, sağ yumruğun 90 saniyə müddətlə sıxılmasının yaddaş prosesinə yardımçı olduğunu, eyni prosesin sol əldə edilməsinin isə xatırlamağı asanlaşdırdığını açıqlayıb.50 insan ilə aparılan təcrübədə, insanların bu yolla uzun bir kəlmə siyahısını xatırlamağa çalışarkən daha yaxşı çıxış nümayiş etdirdiyi görüldü.
Tədqiqatçılar, yumruq sıxmanın, beyində yaddaş ilə bağlı bəzi xüsusi bölgələri hərəkətə keçirdiyinə inanır.
Nyu-cersidəki Montclair Universitetindən Qız Proppera görə, bu araşdırma, bəzi sadə bədən hərəkətlərinin beyinin fəaliyyətini müvəqqəti olaraq dəyişdirib yaddaşı inkişaf etdirəcəyini göstərdi.
Doktor Propper BBC-yə verdiyi açıqlamada, “Bir şey öyrənmədən dərhal əvvəl sağ əlin, xatırlamağa çalışarkən, sol yumruğun sıxması isə yaddaşı inkişaf etdirir” – dedi.
Daha əvvəlki araşdırmalarda, sağ əlin sıxılması ilə beynin sol yarısının, sol əlin sıxılması ilə də sağ yarısının hərəkətə keçdiyi müşahidə edilmişdi.
Bu hərəkətin hisslərlə əlaqəsi olduğu müşahidə edilmişdir, məsələn sağ yumruğun xoşbəxtlik və qəzəb ilə, sol yumruğun isə kədər və narahatlıq ilə əlaqəsinə diqqət çəkilmişdi.
Hafizə ilə bağlı proseslərdə beynin iki yarısının da istifadə edildiyi, sol yarısının yaddaş qeydində, sağ yarısının isə xatırlamada təsirli olduğu düşünülür.