Maraqlı
Ağcabədidə qazdoldurma məntəqəsində partlayış baş verdi

Ağcabədi rayonunda maye qazdoldurma məntəqəsində partlayış olub.
Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Mingəçevir – Bəhrəmtəpə magistral yolunun Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində fəaliyyət göstərən maye qaz doldurma məntəqəsində qeydə alınıb. Partlayış zamanı 3 nəfər ağır dərəcəli yanıq xəsarətləri alıb.
Yaralılar xəstəxanaya çatdırılıb, onlardan biri reanimasiyaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



