Ağstafa Rayon İcra Hakimiyyəti 2026 cı ilin Tender oyunlarına başlayıbdır…

Ötən il olduğu kimi yenə Ağstafa Rayon İcra Hakimiyyəti Tender oyunlarına qədəm qoyubdur. Sözü gedən rayonda 2025 ci il ərzində ayrılan Tenderlərin tamamlanma işləri öz həllini tapmayıbdır. Abadlaşdırma, yaşıllaşdırma, təmir-tikinti işləri, maşın ehtiyatlarının alınması, müxtəkif istehlak malların, yol təmiri, yolların asfaltlanması adı altında ayrılan Tenderlərin maliyyəsi sual altında qalıbdır.
Ağstafa rayonuna ayrılan 2025 ci ilin əvvəlindən, son tarixə qədər olan Tenderlərin yekunlaşması öz təsdiqini tapmayıbdır. Ayrılan maliyyənin hansı istiqamətdə səmərəli xərclənməsi, iş prinsiplərinin ardıcıllığı kobud şəkildə pozulubdur.
Yolların təmirinə, asfaltlanmasına, binaların təmir-tikintisinə, abadlıq işlərinə, yaşıllaşdırma adı altında milyonlarla Tender ayrılması rayonda öz əksini tapmır. Hansı binanın təmiri, yolların təmiri, yolların asfaltlanması, yaşıllaşdırılan prospektlər, küçələr və.s olan yerlər kölgədədir.
Ağstafa rayon İcra Hakimiyyəti 2026 cı ildə görülən işlərin Tenderini elan edibdir. Maliyyə əldə olunubdur, hansı işlərin yekunlaşıb öz təsdiqini tapması yenə sual altındadır. Rayonda eyni ad altında hər il Tender elan olunur, maliyyənin xərclənməsinin hesabatı soruculmur. Axı niyə?
Hesablama Palatasıda susur.
Ağstafa rayon İcra Hakimiyyətinin 2026 cı ilin əvvəllərində ayırdığı Tenderlərin siyahısını təqdim edirik…
AĞSTAFA ŞƏHƏR MƏNZİL KOMMUNAL TƏSƏRRÜFATI BİRLİY
“EKO FERMA AZƏRBAYCAN” Məhdud Məsuliyyətli Cəmiyyəti
Abadlaşdırma xidmətlərindən yaşıllaşdırma üçün tinglərin alınması
Məbləğ:35.000 AZN
AĞSTAFA RAYONU iCRA HAKiMİYYƏTi BAŞÇISININ AĞSTAFA ŞƏHƏR İNZİBATi ƏRAZİ DAİRƏSİ ÜZRƏ NÜMAYƏNDƏLİYi
“LEADS GROUP SUPPLY” MMC
Abadlaşdırma xidmətləri haqqinin ödənilməsinin (işıqlanma) işləri
Məbləğ:6.195 AZN
AĞSTAFA RAYON iCRA HAKİMİYYƏTİ
“ARTİKUL” Məhdud Məsuliyyətli Cəmiyyəti
Müxtəlif istehlak, yönümlü malların satın alınmasI
Məbləğ:5.283 AZN
AĞSTAFA SƏHƏR MƏNZİL KOMMUNAL TƏSƏRRÜFATI BİRLİYi
“RƏZ” Məhdud Məsuliyyətli Cəmiyyəti
Ehtiyyat hissələrinin alınması
Məbləğ:31.999,05







