Maraqlı

Təcili tibbi yardıma müraciətlərin sayı açıqlandı


Bayram günlərində (dekabrın 31-dən yanvarın 5-dək) təcili tibbi yardım xidmətinə ümumilikdə, 27 min 779 çağırış daxil olub.

Metbuat.az xəbər verir ki, onlardan 14 min 449-u Bakı, 13 min 330-u isə bölgələr üzrə qeydə alınıb.


Təcili tibbi yardım xidmətinə müraciət edənlərdən ümumilikdə 2 193 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib. Hospitalizasiya olunanlardan 1 077-si Bakı, 1 116-sı isə bölgələr üzrə olub.

Qeyd edək ki, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə ən çox çağırış 2026-ci il yanvarın 1-də Bakı şəhəri üzrə qeydə alınıb. Qeyd olunan tarixdə müraciət sayı gün ərzində 3 101 təşkil edib ki, bu da son illərin müraciət sayı ilə müqayisədə rekord göstərici hesab olunur.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Back to top button