Maraqlı

Azərbaycanda gəmi kapitanı vəfat etdi


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) tərkibindəki Xəzər Dəniz Neft Donanmasının gəmi kapitanı Zaur Mustafayev xarici ölkə sularında olarkən vəfat edib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, kapitanın gəmidə insult keçirərək öldüyü bildirilir.

Hazırda onun nəşinin ölkəyə gətirilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, Z.Mustafayev 1976-cı ildə Biləsuvar rayon Ağalıkənd kəndində doğulub. O, 1999-cu ildən Xəzər Dəniz Neft Donanmasında işləyib və donanmanın təcrübəli kapitanlarından hesab olunurdu.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Back to top button