Maraqlı
Azərbaycan idmançılarının qazandıqları medallar yenisi ilə əvəz edildi

Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları və sonradan aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib.
Metbuat.az xəbər verir ki, Milli Olimpiya Komitəsindən (MOK) verilən məlumata görə, taekvondoçu Qaşım Maqomedovun gümüş və yunan-Roma güləşçisi Həsrət Cəfərovun bürünc medalları artıq yenisi ilə əvəz olunub.
Medallar martın 20-dək Bakıya – Milli Olimpiya Komitəsinə göndəriləcək.
Medalların təqdimatı üçün Olimpiya mükafatçıları MOK-a dəvət olunacaq və yenisi ilə əvəz olunan medallar onlara veriləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



