Ölkə

Ağstafa Rayon İcra Hakimiyyətinin 2 milyona yaxın Tenderinin xərclənməsi sual “DOĞURUR”

Ağstafa rayonu ölkənin ikinci balaca rayonudur. Sözü gedən rayona hər il eyni ad altında təmir-tikinti işlərinə, abadlıq işlərinə, yol təmir işlərinə, binaların təmirinə, aztəminatlı ailələrə yadım adı altında Tender alaraq maliyyə əldə olunubdur.

Xatırlayıram ki, Ağstafa Rayonunun sabiq İcra Başçısı Nizaməddin Quliyevin həbs olunması, rayonda yuxarıda göstərilənlərin həqiqəti əks olunmamasında irəli gəlmişdir. Yəni ki, rayonda görülən işlətə Tender (maliyyə) ayıraraq çirkli pulların yuyulmasında, təkrar rüşvət əldə etməkdə, vəzifə səlahiyyətlərini aşmaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, Dövlət pulunu mənimsəmədə təqsirli bilindi.

O zaman mən bölgə müxbiri kimi araşdırma aparıb bu barədə geniş yazı dərc etmişdim.

Dövlət qurumlarının cavabı o qədərdə uzun çəkmədi, araşdırma nəticəsində yazılanların doğruluğu öz ədalətli yerini tapdı.

Baş Prokurorluğun Korrupsiya İdarəsinin keçirdiyi əməliyyat zamanı, mətbuatın və əməliyyat çəkilişlərində sabiq başçının otağından və evindən çirkli pulları əldə olunmağı sübuta yetirildi.

Ağstafa Rayonunda o zamanlardan bu günkü tarixə kimi, heç bir nailiyyətin olunması, daş üstünə daş qoyulması, öz təsdiqini tapan küçə və bina, tikinti işləri, yol çəkilişinin keyfiyyəti, mənfi fikirlərə, ictimaiyyət və rayon sakinlərinin müzakirə mövzusuna çevrilibdir.

Bu günkü gündə görülən işlərin bir qismi olunsada yarıdan çox hissəsi olunmayıbdır.

2025 ci ilin sonuna bir ay qalmasına baxmayaraq bu tarixə qeyri mümkündür ki, bu işlər görülsün, 2 milyona yaxın Tenderin maliyyəsinin şəffaflığı öz əksini tapsın.

Bir də ki, hər il eyni ad altında Tender elan edib maliyyə ayırması şübhə doğurur. Aztəminatlı ailələrə yardım etməsi, görülən işlər rayonda kölgədədir, axı rayon sakinləri bunu təsdiq etmirlər. Sosial şəbəkələrdə təmirsiz yolların küçələrin, fotolarını paylaşaraq Dövlət qurumlarından köməklik istəyirlər.

2025 ci ilin Tenderləri abadlıq işlərinə, təmir işlərinə, aztəminatlı ailələrə, yol tikintisinə ayrılsada soyuq bir hiss var ki, bu işlər hansı şəffaflığı doğurur.

Prezident İlham Əliyev hər zaman qeyd edib ki, Cəmiyyətdəki mövqeyindən asılı olmayaraq korrupsiyaya, rüşvətxorluğa, qanunsuzluğa yol vermiş şəxslər ciddi şəkildə cəzalandırılır. Heç bir toxunulmaz sahibkar da yoxdur, heç bir toxunulmaz məmur da yoxdur. Çünki cəmiyyətdə heç kim toxunulmaz ola bilməz. Heç kimin immuniteti ola bilməz. Qanun qarşısında hər kəs bərabərdir. Ona görə cəza tədbirləri davam etdiriləcək.

2025 ci ilə məxsus Ağstafa Rayon İcra Hakimiyyətinin Tenderlərini dərc edib, Maliyyə Nazirliyinə, Hesablama Palatasının araşdırmasının zərurətini hesab edirik…

Mövzuya qayıdacayıq.

JURNALİST AZƏR

Related Articles

Bir cavab yazın

Back to top button