Maraqlı

​Azərbaycan millisi qələbə qazandı


Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi “Slovenia Nations Cup” yoldaşlıq turnirinə qələbə ilə başlayıb.


Metbuat.az xəbər verir ki, Sloveniyada təlim-məşq toplanışında olan komanda ilk oyununu İslandiya yığmasına qarşı keçirib.

“Preddvor” stadionunda keçirilən görüş Elxan Abdullayevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millinin heyətində Ziya Şəkərxanov (46-cı dəqiqə) və Şahin İbrahimov (55-ci dəqiqə) fərqləniblər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Back to top button