Maraqlı

​“Instagram”a videolarla bağlı yeni funksiya gəldi


“Instagram” istifadəçilərə bir neçə reelsi ardıcıl birləşdirərək hekayə təqdim etməsinə imkan verən yeni xüsusiyyəti istifadəyə verib.

Metbuat.az xəbər verir ki, təqdim olunan yeniliklə TikTokda mövcud olan sistemi “Instagram”a gəlir və izləyicilərin bütün əlaqəli məzmunu asanlıqla izləməsinə şərait yaradır. Belə ki, əvvəllər məzmun yaradıcıları izləyiciləri “2-ci hissəyə baxın” kimi yönləndirirdilər, indi bu proses avtomatik həyata keçirilir.


Məzmun yaradıcıları paylaşım zamanı altyazı əlavə edərək və ya əvvəlki reelslərdəki menyudan seriya yarada bilər. Seriyaya qoşulan reelslərdə istifadəçilər sol alt küncdəki düyməyə toxunaraq növbəti videoya keçə bilərlər. Bununla da izləyicilərin platformada daha uzun qalması və adi izləyicilərin daimi izləyiciyə çevirməsi təmin edilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Back to top button