Maraqlı

Yanğında ölən azyaşlı bu vəkilin övladı imiş


Ötən gün Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həyatını itirənlərdən biri tanınmış vəkilin övladı imiş.

Metbuat.az E-huquq.az-a istinadən xəbər verir ki, yanğın zamanı həlak olan 2018-ci il təvəllüdlü Arzu Qəmbərli Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərovun qızıdır.

Onun 2015-ci il təvəllüdlü qızı və həyat yoldaşı isə tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Allah rəhmət eləsin!

Qeyd edək ki, hadisə zamanı 3 nəfər ölüb, 20-dən çox şəxs tüstüdən zəhərlənərək xəstəxanaya aparılıb.

Faktla bağlı cinayət işi başlanıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Back to top button